"Güllü" Azərbaycanda cərimələndi (SƏBƏB)
İyul 23
17:01
2024
Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında Güllü Erhan obrazını canlandıram aktyor Erhan Ufak cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti aktyora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.
Ehan Ufak qərardan məhkəməyə şikayət edib. İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. Firuzə Kərimova iş üzrə hakim təyin edilib.
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 min manatadək məbləğdə cərimə edilir.
Erhan Ufak bu ilin fevralında eyni maddə ilə cərimələnmişdi.
Məlumata görə, aktyor Azərbaycanda "Sənət Akademiyası" açıb. Bu səbəbdən, Erhan Ufak vaxtaşırtı Azərbaycana gəlir. Ehtimal olunur ki, aktoyorun cərimələnməsi "Sənət Akademiyası"na görədir.