SON XƏBƏR

Gülağa Tənha: NƏ GƏZİR - İkinci ad günüm

İyul 17
22:30 2023
Gülağa Tənha

NƏ GƏZİR - İkinci ad günüm
 
Bu dünyanın ahı mənəm,
Yetimi vallahi, mənəm,
Nökəri mən, şahı mənəm,
Çıxmağa taxtım nə gəzir.

Gözəlləri saymaq olmur,
Baxan gözü oymaq olmur,
Dünya, səndən doymaq olmur,
Küsməyə vaxtım nə gəzir.

Əcəl deyir «Çıxıb gedək»,
«Yox, yox», – deyir arzu-dilək.
Sevdalıdı hələ ürək,
Ölməyə vaxtım nə gəzir?



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook