Güclü külək Gəncədə fəsadlar törədib
Fevral 01
06:59
2020
Gəncədə müşahidə edilən güclü külək bir sıra fəsadlar törədib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, axşam saatlarından başlayan külək nəticəsində şəhərin bəzi ərazilərində irigövdəli ağaclar aşaraq elektrik və qaz xəttlərini sıradan çıxarıb.
Şəhərin şərti olaraq "Azərittifaq” adlanan ərazisində elektrik naqillərinin sıradan çıxması nəticəsində onlarla ev işıqsız qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.



