“Güc tətbiq etmədən Krımı azad etmək mümkün deyil” - Ukrayna MN
Dekabr 26
12:16
2022
"Krımı güc və diplomatiya yolu ilə azad edəcəyik”.
"Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O bildirib ki, güc tətbiq etmədən Krımı azad etmək mümkün deyil: "Bizim bölmələrimiz əllərində silahla ora gedəcəklər”.
K.Budanovun sözlərinə görə, Ukrayna 1991-ci il sərhədlərini bərpa edəcək.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı işğal edib.