SON XƏBƏR

Görinq ola bilmədiniz, heç olmasa Fuşe olmayaydınız!

Noyabr 15
10:09 2015
Ehtiyatda olan bir polkovnik dostum var. SSRİ ordusunda xidmətə başlayıb. Sibirdə, keçmiş Yuqoslaviyada, Polşada, xidmət edib. Birinci Qarabağ savaşının iştirakçısı olub. İndi özünün dediyi kimi guşənişin olubdu, arada görüşüb söhbətləşirik. Bir dəfə söhbətimiz əsnasında ondan soruşdum ki, niyə general ola bilmədin? Qəfil sualımdan duruxub dedi ki, general olmaq üçün insanda böyük ürək olmalıdır, general poqonu müqəddəsdi, onu hər adam daşıya bilmir. Doğrudan da o vaxt bu sözün fərqində olmayıb bunu ani suala verilən "ütüsüz” cavab kimi qəbul eləmişdim...
 
Ancaq son günlər ölkədə baş verən, dövlətçilik tariximizə qara hərflərlə yazılan "MTN olayı”ndan sonra anladım ki, dogrudan da general olmaq üçün insanda böyük ürək olmalıdı. Əlbəttə ki, söhbət fizioloji parametrlərdən getmir.
 
Bəli, qoca polkovnik düz demişdi- "general poqonu” müqəddəsdi. Bu hər yerdə belədir. Ancaq 20 faiz torpağı işğal olunan dövlətdə general poqonu daha müqəddəs olmalıdı – şəhid qəbiri kimi!
 
Daha uca olmalıdı- o şəhid qəbirinin üzərində dalgalanan üçrəngli bayraq kimi! General poqonu dövlətin şərəfidir, namusudur. O poqona ləkə salmadan daşımaq lazımdır. Bəli, general olmaq üçün boyük ürək lazımdı insana. Ki çiyinlərinə zərli poqonlarla bərabər qoyulan məsuliyyəti anlaya bilsin. Onlara edilən ümidləri dogrulda bilsin.
 
Çox təəssüf ki, bəzən ümidlər doğrulmur.
 
Doqmatik dəyərlərin hakim kəsildiyi cəmiyyətlərdə rütbəyə, vəzifəyə gəlir mənbəyi kimi baxırlar. Bu cür cəmiyyətlərdə dövlətə və millətə xidmətin miqyası fərdiyyətçiliyin və məsuliyyətsizliyin "kor qayçı”siyla dogranaraq ailə, qohum-əqraba çərçivəsinə endirilir. Bizlərə məlumdur ki cəmiyyətimizin əksər insani bu cür düşünürlər. Bunu "bu belə də olmalıdı” kimi qəbul edirlər.
 
Ancaq son günlər MTN ətrafında cərəyan edən qalmaqallı olay tamam fərqli məsələdir. MTN-nə insanlarimiz həmişə dövlətin "eşidən qulağı”, "görən gözü” kimi baxiblar. Cəmiyyətimiz identik olaraq daim bu qurum haqqinda yüksək fikirdə olub. Bu məsələni şəxs və yaxud şəxslər müstəvisinə endirərək kiçiltmək fikrində deyiləm. Düşünürəm ki, hadisənin miqyası daha dəqiq ifadə etsəm mənəvi tərəfi siyasi tərəfindən daha böyükdür, daha agırdır. Əlbəttə, müqəddəs vəzifələrindən biri də dövlətin bel sütunu sayılan iş adamlarını qorumaq əvəzinə onları müəyyən vasitələrlə şantaj edərək patent tələb etmək çox acınacaqlı mənzərədir. Bu dövlətin kürəyinə saplanan paslı bıcaqdır. İnanırıq ki, bütün bunlar hüquqi müstəvidə öz həllini tapacaq. Vəzifəsindən sui-istifadə edənlər cəzalandırılacaqlar. Ancaq...
 
Yuxarıda qeyd etdiyim kimi bu məsələnin mənəvi tərəfi daha ağırdı. Bəs bu mənəvi tərəfin bədəlini kim ödəyəcək?
 
Burada prinsiplərə xəyanət var.
 
İdeyaya sədaqətsizlik var!
 
Burada o Böyük YOLu-AMALı görməməzlik var.
 
***
 
Bilirik sizin şüurlarınız, qəlbiniz piy bağladı rüşvətlə şişən qarınlarınız kimi. Bəs gözlərinizə nə oldu!?
 
***
 
Anlayırıq, mənəvi kasadlığınız imkan vermədi MÜQƏDDƏS İDEYAlarımıza sadiq qalasiniz. Bulanıq təfəkkürünüz imkan vermədi müqəddəs YOLu görəsiniz. Heç olmasa rahat kreslolarında yayxandığınız o nəhəng binanın qarşısından keçən yolu görəydiniz. Heç o yolu adlamışdınızmı o taya?
 
Adlamışdınız!
 
Əminəm!
 
Qucaq dolusu güllərlə adlamışdınız o yolun o tayına.
 
Orada uyuyan O BÖYÜK KİŞİnin ziyarətinə.
 
Qucaqlarınızdaki ətirli gülləri düzərdiniz O BÖYÜK KİŞİnin abidəsi önünə, amma RUHundan xəbərsiz idiniz, BAXIŞlarından xəbərsiz idiniz!
 
Əzəmətli binanizdakı NƏFƏSindən xəbərsiz idiniz...
 
O RUHU, O BAXIŞI, O NƏFƏSİ duya bilsəydiniz xəyanət etməyəcəkdiniz.
 
Siz o heykəlin gözlərinə baxmışdınızmı?
 
Əsla!
 
Baxsaydınız heç vaxt xəyanət etməzdiniz! O heykəlin gözlərinə baxsaydınız üfiqlərə, aydın səmaya tuşlanmış ümidləri görərdiniz.
 
Təbəssüm dolu çöhrəni görərdiniz o Heykəlin simasında.
 
***
 
Bilirsinizmi O BAXIŞLAR min il sonraya tuşlanıb...
 
Min il sonra da yaşayacaq Azərbaycançılıq ideyasinin var olmagıdır o cöhrədəki təbəssümün səbəbi.
 
***
 
Sizlər baxmamışdınız önünə çiçək düzdüyünüz o heykəlin gözlərinə! Baxsaydınız sapmazıydınız o müqəddəs YOLdan...
 
Amma rahat əyləşib rüşvət yıgdıgınız kabinetlərdən də görünürdü o heykəl. Heç bunun da fərqində olmadınız.
 
Görünür başınız bərk "qarışıq” olub kabinetinizin pəncərələrinə də yaxınlaşmamısınız...
Böyük amaldan sapdınız.
Güvənc odamıza şübhə toxumu səpdiniz...
Sizlər xəyanət etdiniz-düşmənlərimizə güvənc ocagımıza şübhə ilə baxmaq imkanı verərək!..
 
Qalibiyyətə getdiyimiz yolda çuxura çevrildiniz.
 
Dövlətçilik tariximizin ən kritik anında- düşmənlərimizin quzğun kimi üstümüzə gəldiyi bir məqamda xəyanət etdiniz.
 
Ali baş komandana-Prezidentə xəyanət etdiniz.
 
Bu vətən uğrunda canından keçən şəhidlərə, əzalarından keçən qazilərə xəyanət etdiniz.
 
Sizlər O BÖYÜK KİŞİyə- HEYDƏR ƏLİYEVə xəyanət etdiniz.
 
Onun müqəddəs RUHuna xəyanət etdiniz!!!
 
***
 
Görinq ola bilmədiniz, heç olmasa Fuşe olmayaydınız!
 
***
 
Ulu öndərimiz həmişə Azərbaycan xalqının qəhraman xalq oldugunu deyərdi. Bəli, biz mədəniyyətimizlə, qüdrətimizlə min illərə sinə gərmiş xalqiq. Böyük xalqıq. Uca xalqıq. Bizim qəhraman oğullarımız daim olub. Və bu gün də var. Çox sevindirici haldır ki, Ali Baş Komandan o müqəddəs ocağa sözün əsl mənasında bir QƏHRAMAN təyin etdi.
İndi zaman az, görüləcək işlər çox, çəkiləcək YÜK çox ağırdı.
 
YÜKün mübarək, Qəhraman!
 
YÜKümüz mübarək, Azərbaycan!
 
 
Mübariz Məmmədov



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook