“Greyder” mağazası müştərilərə kələk gəlir? - Təfərrüat
İyul 31
12:52
2023
Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv D, ev 2, mənzil 6 ünvanında yaşayan Əliyeva Natəvan İsfəndiyar qızı "28 Mall” ticarət mərkəzində yerləşən "Greyder” mağazası tərəfindən hüquqlarının pozulduğunu bildirir.
Xalqxeber.az bildirir ki, vətəndaşın bununla bağlı bir surətini Bizim.Media-ya göndərdiyi şikayət məktubunda, bu ilin may ayının 31-də adıçəkilən mağazadan kişi yay ayaqqabısı aldığını, 71 manat 93 qəpik ödədiyini yazır və iki dəfə geyiləndən sonra ayaqqabının yararsız hala düşdüyünü iddia edir:
"Mağazada ayaqqabının təmiz dəridən olduğunu dedilər”
"Belə ki, ayaqqabının bağı alt hissədən ayrılmağa başladı. Ayaqqabını alarkən satıcı məni tam əmin etdi ki, mal təmiz dəridəndir. Həyat yoldaşım iyunun 6-da ayaqqabını kassa çeki, ödənişi və qutusu ilə birlikdə mağazaya apardı.
Satıcıya yaxınlaşaraq ayaqqabının keyfiyyətsiz olduğunu, dəri olmadığını bildirdi və malın geri götürülməsini tələb etdi. Mağazada dedilər ki, siz ayaqqabını düzgün geyinməmisiniz, gəlin bunu təmir edək”.
Şikayətçinin həyat yoldaşı bununla razı olmayıb, ya məhsulundəyişdirilməsini, ya da pulun geri qaytarılmasını tələb edib:
"Onlar isə razı olmadılar. Buna görə də "195 qaynar xətt” xidməti ilə əlaqə saxladım, lakin iyunun 25-də onlardan gələn cavab məni təəccübləndirdi. Cavabda qeyd olunub ki, guya mən ayaqqıbını dəyişməkdən və vəsaitin geri qaytarılmasından imtina etmişəm. Halbuki, mənə bunu heç kim təklif etməmişdi. Bu cavabdan görünür ki, sahibkar dövlət orqanını da asanlıqla aldadıb.
Mən təkrar "Qaynar xətt” ilə əlaqə saxladım və narazılığımı bildirdim. Bu nə araşdırmadır belə? Mənə nə zəng vurulub, nə fikrim öyrənilib. Özlərindən sözlər yazaraq mənə göndəriblər.
Dəfələrlə mağazanın məxsus olduğu "Setexgroup” MMC-yə (VÖEN - 0553647182) zəng vurdum, üstəlik "WhatsApp” vasitəsilə narazılığını bildirdim. Mənə araşdıracaqlarına dair söz versələr də, sonradan hec bir əlaqə saxlamaq mümkün olmadı. Burdan da görünür ki, MMC öz üzərində heç bir məsuliyyət hiss etmir və cavabdehlik daşımağ istəmir”.
"Mağaza Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini də aldadıb”
Problemlə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan "Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynov, şikayətlə bağlı da həm mağaza ilə, həm də məxsus olduğu şirkətlə əlaqə saxlamaq istəyib.
Amma şirkət rəhbərliyindən heç kim zəngə cavab verməyib:
"Mağazadan isə satıcı telefonu götürdü və bununla bağlı fikir bildirmək səlahiyyətində olmadığını bildirdi və əlavə etdi ki, rəhbərlik mağazada yoxdur, kassir isə bir neçə saat sonra olacaq. Halbuki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, məhsulun dəyişdirilməsi və ya qaytarılması məsələsində satıcını məsul göstərir”.
Ekspert vurğulayıb ki, "Greyder” mağazasının rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini (AİBNDX) də aldadıb:
"Xidmətə göndərdiyi cavabında yazıb ki, guya vətəndaşa ayaqqabını qaytara, pulunu da geri ala biləcəyini söyləyib. Vətəndaş isə ona belə bir sözün deyilmədiyini iddia edir. Təəssüflər olsun ki, 26 il ərzində biz bir dəfə də olsun, adı çəkilən qurum tərəfindən hansısa keyfiyyətsiz məhsulun ekspertizaya verilməsi hallarına rast gəlməmişik.
Mən də ayaqqabıya baxmışam və belə qənaətə gəlmişəm ki, təmiz dəridən deyil, dəri əvəzedicisindən hazırlanıb. Yaxşı olardı ki, Dövlət Xidməti məhsulun ekspertizasını aparsın və vətəndaşın aldadılmasının qarşısını alsın”.
"Məsələ nəzarətə götürülüb, yaxın günlərdə məlumat veriləcək”
Məsələ ilə bağlı "Greyder” mağazası ilə əlaqə saxladıq. Telefonu götürən şəxs mağazanın satıcısı işlədiyini və səlahiyyətli şəxslərin mağazada olmadığını bildirdi. Səlahiyyətli şəxslərdən birinin mobil nömrəsini istədikdə isə, müdirin məzuniyyətdə olduğunu, kassirin isə bir neçə saat ərzində mağazaya gələcəyini söylədi.
Daha sonra bizimlə əlaqə saxlayan mağazanın əməkdaşı məsələnin nəzarətə götürüldüyünü, hazırda araşdırma aparıldığını və yaxın günlərdə nəticəsi ilə bağlı cavab veriləcəyini bildirdi.
"Alan şəxs ayaqqabının bağlarını açmadan istifadə etdiyi üçün məhsul yararsız hala düşüb”
Yuxarıda qeyd etdiyimiz kimi, Natəvan Əliyeva bizə göndərdiyi məktubunda məsələ ilə bağlı "195 qaynar xətt” xidməti ilə əlaqə saxlayaraq, şikayət etdiyini qeyd edib.
Biz də məsələnin aktuallığını və vətəndaşın istehlakçı hüquqlarının pozulduğunu nəzərə alaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxladıq.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayevin adından vətəndaşa ünvanlanan cavab məktubunun mətni göndərilib.
Cavabda, "Greyder” mağazası ilə bağlı İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə şikayətçi Natəvan Əliyeva tərəfindən daxil olmuş müraciətə Dövlət Xidmətində aidiyyəti üzrə baxıldığı bildirilir.
Qeyd olunur ki, araşdırma zamanı "Setexgroup” MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda, vətəndaşın mayın 31-də adıçəkilən mağazadan aldığı ayaqqabıda qüsur olduğunu iddia edərək malın dəyişdirilməsini və ya qaytarılmasını tələb etdiyi, lakin mala baxış keçirilən zaman istifadə qaydalarına uyğun istifadə edilməməsi səbəbindən qüsurun yarandığı əks olunub.
Bildirilir ki, alan şəxs ayaqqabının bağlarını açmadan istifadə etdiyi üçün bağları qopub və istifadəyə yararsız hala düşdüyü üçün malın dəyişdirilməsindən və ya qaytarılmasından imtina edilib.

Dövlət Xidmətinin vətəndaşa göndərdiyi məktubda, "Setexgroup” MMC-nin mövqeyi ilə razılaşmadığınız təqdirdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 26-cı maddəsinə və AR-nın Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəmədə iddia qaldıra bilmək, eyni zamanda, "Vətəndaşların müraciətləri haqqında” AR Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu diqqətə çatdırılır.
Qlobal.az