SON XƏBƏR

“Google” Rusiya ilə bağlı səhvini düzəltdi - Foto

Yanvar 06
17:56 2016
"Google Tərcümə” xidməti ukrayna- dilindən rus-dilinə tərcümədə yaranmış problemi həll edib.
 
"Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bir müddət öncə "Rusiya Federasiyası”nın ukrayna-dilindən rus-dilinə "Mordor” kimi tərcümə olunduğu haqda xəbər yayılıb. Şirkət isə öz növbəsində bildirib ki, "Google Tərcümə” xidməti yüz minlərlə sözün analizi əsasında və insan müdaxiləsi olmadan avtomatik işləyir, buna görə də bu cür səhvlərin olması mümkündür.
 
Xatırladaq ki, daha öncə mətbuatda "Google” xidmətinin Rusiya xarici işlər naziri Serqey Lavrovun soyadını "qrustnaya loşadka” kimi tərcümə etdiyi haqda xəbər yayılmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook