SON XƏBƏR

Gömrükdə növbə gözləyən şəxsin ürəyi dayandı

Dekabr 17
19:02 2019
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.

Məlumata görə, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib.

Qurumun mətbuat xidmətindən faktı təsdiqlədilər.

Bildirildi ki, hadisə laboratoriyanın qarşısında baş verib.

Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib. O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook