Gömrükçülər məhkəmə zalında həbs edildi, məhkəmə sədrinin kürəkəni azadlıqda qaldı
İyul 30
21:21
2022
Apelyasiya Məhkəməsi gömrükçülərdən birinin cəzasını artırdı
Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət 8 nəfər haqqında prokurorluğun verdiyi protest təmin edilib – onların haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Bu barədə iyulun 29-da Bakı Apelyasiya Məhkəməsində qərar verilib.
Hakim Ramin Qaraqurbanlının sədrliyilə keçmiş gömrükçülər barəsində yeni hökm çıxarılıb.
Rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə ittiham olunan 8 nəfərdən 7-si Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə azadlığa buraxılmışdı.
Yalnız bir nəfərə – Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Elmar Mirzəyevə 5 il həbs cəzası kəsilmişdi.
Azadlığa buraxılan 7 nəfərdən birinə – "İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayevə bəraət verilmişdi. Qalan 6 nəfər rüşvət almaqda təqsirli bilinmişdi.
Onlardan 5-nin həbsdə olduqları müddət yetərli sayılaraq, məhkəmə zalından azadlığa buraxılmışdılar.
Böyük inspektor vəzifəsində çalışmış Orxan Zöhrabova isə 4 il şərti cəza verilmişdi.
Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir.
Bakı Apelyasiya Məhkəməsi də Orxan Zöhrabovun şərti cəzasını saxlayıb, onu həbsə göndərməyib.
Digər 6 nəfərdən Mirağa Ağayev haqqında bəraət hökmü ləğv olunub. Ona 2 il şərti cəza verilib.
Qalan 5 nəfər isə Bakı Apelyasiya Məhkəməsində hökm oxunanda məhkəmə zalından həbs edilib. Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin inspektorları olmuş Emin Xəlilov, Azər Baxşıyev və Rəfael Əzizovun hər biri 3 il azadlıqdan məhrum edilib.
Keçmiş gömrük inspektoru Sadiq İsgəndərov və "Global Broker” MMC-nin direktoru, eyni zamanda, "D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləmiş Ceyhun Şabanovun hər birinə isə 2 il həbs cəzası kəsilib.
İndiyədək də həbsdə olan Elmar Mirzəyevə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən 5 illik həbs cəzasını apelyasiya məhkəməsi 3 ay da artırıb.
Məhkəmə zalında həbs olunanlardan biri ötən ay tutulan gömrük general-mayoru Ehtiram Xəlilovun qohumudur.

Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham olunurlar. Bakı Ağır Cinayətlər Məhkəməsi 308-ci maddə üzrə hamısına bəraət vermişdi. Lakin apelyasiya instansiyası bu hissədə də hökmü ləğv edib.
Mənbə: Meydan TV)
Qlobal.az