SON XƏBƏR

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Yanvar 27
16:02 2025
Dövlət Gömrük Komitəsində 250 nəfər yüksək rütbəli sabiq vəzifəli şəxsin təqaüdü ilə bağlı araşdırma aparılıb.  

Qaynarinfo-ya daxil olan məlumata görə, araşdırma DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə həyata keçirilib. 

Araşdırma zamanı 250 nəfərə yaxın sabiq gömrük əməkdaşının artıq təqaüd aldıqları məlum olub. Onlar arasında təqaüddə olan sabiq sədr müavinləri (generallar), idarə rəsiləri (general, polkovnik və digər rütbəli) də var.

Həmin əməkdaşlardan bəziləri 30 il xidmət keçməyə görə təqaüd alıb. Araşdırma zamanı isə onların gömrük sistemində 20 il xidmət keçdiyi məlum olub. Həmin şəxslərin əmək fəaliyyətlərinin 10 ili isə başqa qurumlarda keçib. Beləliklə, onlar 20 illik xidmətə görə təqaüdə çıxmalı olduquları halda iş stajlarını başqa qurumlardakı fəaliyyətlərinin hesabına 10 il artırıblar. 

Hazırda Dövlət Gömrük Komitəsi dövlət büdcəsindən kənar pensiya alan sabiq gömrük əməkdaşlarına sözügedən vəsaitləri geri qaytarmağı tələb edir. Həmin şəxslərin çox hissəsi sözügedən vəsaiti geri qaytarmadıqları üçün komitə tərəfindən məhkəməyə verilib. 

Sabiq gömrük əməkdaşları da qarışılıqlı olaraq Dövlət Gömrük Komitəsini məhkəməyə verib. 

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə yaratmağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook