Gömrük komitəsi özünü ifşa edən açıqlama yaydı - Saxta yumurtaları Azərbaycana kim gətirir? (VİDEO)
Noyabr 23
22:51
2016
Dövlət Gömrük Komitəsi (DGK) son günlər ölkə mediasında Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı dərc edilmiş məlumatlarla əlaqədar açıqlama yayıb.
DGK-dan Moderator.az-a verilən məlumata görə, son günlər bir sıra kütləvi informasiya vasitələrində Çin Xalq Respublikasından Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır:
"Dövlət Gömrük Komitəsi bildirir ki, 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 2016-cı ildə Azərbaycana Çin Xalq Respublikasının istehsalı olan cəmi 2 ton düyü idxal edilib. Belə ki, Çin Xalq Respublikasından Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib ki, həmin məhsul da hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir”.
Göründüyü kimi DGK bildirir ki, Çindən Azərbaycana saxta yumurta və düyü idxalı qeydə alınmayıb. Halbuki mağazalarda bu mallar artıq var. Deməli, bu məhsullar gömrük qeydiyyatından yayındırılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, saxta yumurtalar Bakıda əsasən ən ucuz marketlərdə satılır. "Qayğanaq edərkən hiss edilmir, amma qaynatma hazırlayanda sarısı olur bildiyiniz kiçik top. Yerə vurursan dağılmır. Bir neçə nəfər artıq bu halla rastlaşdığını deyir" - deyə jurnalist Cavid Qurbanov "facebook" profilində məlumat paylaşıb. Jurnalistin yaydığı görüntüləri də təqdim edirik: