SON XƏBƏR

Gömrük işçisinin ölümü ilə bağlı yeni detalar

İyul 14
12:54 2022
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.

Bakupost.az Əli Cahangirlinin fotosunu və onun özünə qəsd etməsi ilə bağlı bəzi məlumatları əldə edib.

1986-cı il təvəllüdlü Əli Cahangirli Naxçıvanda anadan olub, 12 ildir gömrük sistemində çalışıb. İşlə bağlı hansısa problemi olmayıb.

Hadisə baş verən gün, yəni dünən axşam, işdən sonra dostları ilə görüşüb, birlikdə şam edib, yeyib-içiblər.

Məclisdə dostları ilə söhbət edən gömrükçü həvəsdən düşdüyünü, həyatdan bezdiyini deyib. Daha sonra həmişə istifadə etdiyi taksini çağırıb, evə gedib.Həmin gün Əlinin ailə üzvləri evdə olmayıb. Taksi sürücüsü onun vəziyyətini görüb və onunla qalıb. Səhərə kimi yemək süfrəsi arxasında söhbət ediblər.

O, sürücüyə özünü öldürmək istədiyini deyib. Sürücü isə onu bu fikrindən yayındırmağa çalışıb.

Səhər 8-də sürücü ondan ayrılaraq evinə gedib. Hadisə də bundan sonra baş verib. Əlinin depressiyaya düşməsi, həyatdan bezməsinə nəyin səbəb olduğu barədə heç bir məlumat yoxdur.

Dostları, iş yoldaşları onu yaxşı insan kimi xarakterizə edir. Həmişə deyib-gülən, şən biri olub.
Mərhum ailəli olub, 2 azyaşlı övladı var.

Qeyd edək ki, faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook