Gömrük işçisi Qarabağ qazisi haqqında: Söyüşünü yedirdəcəm ona- VİDEO
Noyabr 24
23:29
2016
Bir neçə gün öncə Qazaxda Qarabağ əlilləri ilə Sınıq Körpü gömrük-keçid məntəqəsində qarşıdurma yaranıb. Səbəb isə Qarabağ əlillərinin gətirdikləri meyvə-tərəvəzin gömrük keçid məntəqəsindən buraxılmaması olub. Gətirdikləri meyvə-tərəvəz buraxılmadıqda isə qazilər meyvə-tərəvəzləri gömrük ərazisində boşaldaraq etirazlarını bildiriblər. Daha sonra isə polislər onları gömrük ərazisindən uzaqlaşdırıb. Qazilər Tovuz Gömrük idarəsinin sədri Mehman Hüseynovun birbaşa tapşırığı ilə buraxılmadıqlarını deyirlər.
Tovuz Gömrük İdarəsinin növbətçi hissəsindən Meydan TV-yə bildirildi ki, qarşıdurma olubsa, yəqin ki, haqsızlıqları da var: "Yoxsa niyə qarşıdurma olsun? Böyük ehtimal, anlaşılmazlıq olub. Çünki adətən Qarabağ qazilərinin nəsə problemi olanda idarəyə gəlirlər. İdarədə hər şey yoluna qoyulur. Rəisin qəbul günlərində idarəyə gəlməyiblərsə, deməli, bu məlumat nəsə təxribat xarakterlidir. Doğru deyil".