SON XƏBƏR

Gömrük Akademiyasının tələbələri iki aydır təqaüd almır

Fevral 04
10:41 2025
Dövlət Gömrük  Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilmısinə baxmayaraq, hələ də Dövlət Gömrük Akademiyasının tələbələrinin təqaüdləri verilməyib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyib.

Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.

"Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir” deyə tələbələr bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook