SON XƏBƏR

`Gərəksən mənə...` - Leyla Əliyeva

Mart 17
21:51 2016
Gərəksən mənə!
 
Yanğım alovdan betər,
Qarşında diz çökürəm,
Gərəksən! Dizlərində əriyəm!
Cadugarsan, gözlərindən görürəm,
Dağları yaracaq bir dəhşətsən sən!
Boynumda incə sığal,
İpək əllərlə boğur.
Dodaqların sanki bal,
Cismimi ölümlə öpür!
Bir alovlu baxışla
Dəryada buzu əridən,
Mən ağlayıram, sən gülürsən?
Ruhumu məhv edirsən?
Səni çox sevdiyimdə
Doğulan günəşlə ayrıldım deyə?
Tilsimlisən, bürünmüsən gecəyə!
Xəbərin varmı ki, layiqsən xoşbəxtliyə?!
Həyatdan çox yaşayan,
Söylə, niyə ölürsən?
Məhv etmişəm səni mən!
Özümü güclü sanıb,
Tənhalığa çağırdım.
Boş mənasız qaranlıqdan
Qoparmağa çalışdım.
Zəhər təki qanımda
Geri dönüb dolaşdın!
Eşqi geri səsləyən fəryadlara qarışdın!
 
(tərcümə edəni: Aynur Nurlu)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook