SON XƏBƏR

Gəray Gəraybəyli ilə keçmiş işçisi arasında gərginlik

Mart 17
17:50 2023
Məhkəmə tibb eksperti Mevliyev Əliş Balaca oğlu Azərbaycan Tibb Universitetini (ATU) məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, onun tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi Əliş Mevliyevin iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. 

Şikayətə Bakı Apellyasiya Məhkəməsində Elşən Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. İş üzrə artıq məhkəmə baxış iclası təyin edilib. Proses aprelin 17-də baş tutacaq. 

Araşdırmalarımız zamanı bəlli olub ki, Əliş Mevliyev ATU-nun "Məhkəmə təbabəti” kafedrasından çalışıb. Onun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. 

Bəzi iddialara görə, onunla rektor Gəray Gəraybəyli arasında gərginlik yaranıb. 

Gəray Gəraybəyli 2016-cı ildən ATU-nun rektoru vəzifəsini daşıyır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook