Gəray Əsədov seçiciləriylə görüşdü
Oktyabr 29
16:48
2015
Qlobalinfo.az xəbər verir ki, 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputatlığa namizəd Gəray Əsədov seçicilərlə görüşüb və onların problemlərini dinləyib.
Seçicilərlə keçirilən görüşdə çıxış edən şəxslər Gəray Əsədovun vətənpərvər olduğunu, seçicilərin problemlərinə diqqət və qayğı ilə yanaşdığını nəzərə çatdırıblar.
Qeyd olunub ki, Milli Məclisdə belə insanların təmsil olunması təqdirəlayiqdir.
Kanalımıza açıqlama verən Gəray Əsədov deyib ki, əgər ölkə başçısı İlham Əliyev döyüş əmri verərsə həmin an deputatlıq mandatından istefa verərək işğal olunmuş torpaqlarımızın düşməndən azad olunması üçün ön cəbhədə olaraq vuruşacaqdır.



