SON XƏBƏR

Georgi Kvirikaşvili Gürcüstanın baş naziri təyin olunub

Noyabr 27
14:01 2016
Gürcüstan prezidenti Georgi Marqvelaşvili ötən gün parlamentin etimad göstərdiyi Georgi Kvirikaşvilinin ölkənin baş naziri təyin olunması barədə fərman imzalayıb.
 
Bu barədə bazar günü Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.
 
"Gürcüstan Konstitusiyasının 80-ci maddəsinin 8-ci bəndinə əsasən, Georgi Kvirikaşvili Gürcüstanın baş naziri təyin olunub”, – deyə prezidentin fərmanında bildirilir.

(report)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook