Generalın namizədliyi qeydə alınmadı
Yanvar 10
14:40
2020
Ehtiyatda olan general-mayor Qabil Məmmədovun fevral ayının 9-da keçiriləcək Milli Məclis seçkisində namizədliyi qeydə alınmayıb.
Qlobal.az xəbər verir ki, bu barədə jurnalist Eynula Fətullayev feysbukda yazıb:
"Azərbaycanın ən peşəkar generallarından biri Qabil Məmmədovun Milli Məclisə seçkilərə namizədliyi qeydə alınmayıb. Çox pis xəbərdir! Üzücüdür! Qabil Məmmədovu şəxsən tanıyıram, xidmət etdiyim korpusda Qərargah rəisi olub. Azərbaycanda tək-tük zabitlərdəndir ki, Frunze adına Ali Hərbi Akademiyanın məzunudur, hərbi nəzəriyyəçidir... Gabil Məmmədovun həm də diplomatik təcrübəsi var - Azərbaycanın hərbi attaşesi olub.
Müharibə vəziyyətində olan dövlətin parlamentinə savadlı, döyüşçü, yüksək mənəviyyata və əxlaqa, zəngin biliklərə malik general buraxılmır!!! Bu nə deməkdir??? Bazarkomları, müğənilləri, siyasi dəllalları, dostlarına və partiyalarına xəyanət edənləri parlamentə namizəd kimi qeydə alırlar , amma Vətəninə və döyüşçü dostlarına sadiq bu cür dəyanətli generalın hətta seçkilərdə iştirak hüququ belə tanınmır. Yəni, Azərbaycan xalqı bu cür generala 450 imza belə çox gördü?
Məyusedicidir! Utanvericidir!
Anlamıram, bəs onda parlamentin hərbi və təhlükəsizlik Komitəsində kimlər qərar verəcək? Hadı Rəcəbli ilə Mirələmov?".
Xatırladaq ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyimi irəli sürmüşdü.
Qlobal.az