Generalın məhv etdiyi zeytunluq... - RƏSMİ CAVAB
Noyabr 08
18:37
2015
Binəqədi Rayon İcra Hakimiyyəti ilə rayonun 9-cu mikrorayon ərazisindəki Zeytun bağlarında restoran inşa etmiş İlqar Məmmədov arasındakı qalmaqal ölkə mətbuatının gündəmindən düşmür.
İki gün əvvəl binanın üstünə çıxaraq intihara cəhd edən İlqar Məmmədovu İcra başçısı fikrindən daşındırsa da, tərəflər arasında razılıq əldə olunmayıb. İH obyektin sökülməsində israrlıdır. Məsələ ilə bağlı rayon icra başçısının müavini Aygün Əliyeva Aznews.az-a bilirib ki, həmin sahibkara dəfələrlə xəbərdarlıq olunub. Amma xəbərdarlıqlara baxmayaraq, o tikintini dayandırmayıb: "Zeytun bağlarında istər yaşayış obyektlərinin, istərsə də digər obyektlərin tikintisi qadağandır. Bu səbəbdən ona müxtəlif qurumlardan da xəbərdarlıqlar olunub. Xəbərdarlıqlara məhəl qoymadığı üçün öz hesabına sökdürməsi ilə bağlı tapşırıq verilib. Hətta oranın tikintisi bir neçə müddətlik saxlanılmışdı”. A.Əliyeva onu da qeyd edib ki, tikinti söküləndən sonra ərazidə ağaclar bərpa ediləcək: "Ağacları bərpa eləmək çətin bir məsələ deyil. Həmin ərazidə yeni zeytun ağacları əkiləcək". Qeyd edək ki, Zeytunluq ərazisinə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi, hazırda "MTN işi" ilə əlaqədar həbs olunan general Akif Çovdarov nəzarət edirmiş. Bu ərazidə zeytun ağaclarının məhz A.Çovdarovun rəhbərliyi ilə kəsildiyi və müxtəlif obyektlər tikildiyi barədə dəfələrlə mətbuatda yazılar dərc olunub. - See more at: http://www.cebhe.info/oxu/4818/#sthash.dmJElLLG.dpuf



