SON XƏBƏR

Generalın məhkəməsi təxirə salındı - Zərərçəkənlər etiraz edir

Mart 16
12:12 2022
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev, MTN-də onun tabeliyində işləmiş İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə martın 15-nə təyin edilən məhkəmə prosesi təxirə salınıb. 

Qaynarinfo.az xəbər verir ki, zərərçəkənlərə məhkəmə tərkibində olan hakim Aslan Kəlbəliyevin xəstələnməsi səbəbindən prosesin aprelin 5-nə qədər təxirə salındığı bildirilib.

Zərərçəkənlər prosesin təxirə salınmasını iş üzrə yeni halların üzə çıxması ilə əlaqədar məhkəmənin çətin duruma düşməsi ilə əlaqələndirirlər. 
Deyirlər ki, bu günə qədər prosesdə 7 zərərçəkən ifadə verib. Demək olar ki, bütün zərərçəkənlərin ifadələri zamanı iş üzrə yeni hallar üzə çıxıb. Həmin faktlara Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən qiymət verilməyib, gizlədilib. İttiham verilməyib və heç bir hüquqi qiymət verilməyib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook