Generalın İstirahət Mərkəzi yüksək vəzifəli məmura verilib
Dekabr 13
21:29
2022
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclasının qərarı elan olunub.
Qaynarinfo xəbər verir ki, İlqar Murquzovun elan etdiyi qərara əsasən, iş məhkəmə baxışına təyin edilib. Bundan başqa eyni qərarla məhkəmənin ilkin iclaslarda tərəflərin verdikləri vəsatətlərə münaisbət açıqlanıb.
Mövlam Şıxəliyevlə bərabər müttəhimlər kürsüsünə çıxarılan 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun barələrindəki həbs qəti imkan tədbirinin dəyişdirilməsi, məhkəmənin tam və ya qismən istintaq aparılmaqla keçirilməsi, Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinin əməkdaşı, müttəhimlərin cinayət işi üzrə istintaq qrupunun rəhbəri olmuş Mehdi Mirzəyevin şahid qismində dindirilməsi, əlavə şahidlərin prosesə dəvət olunmasına dair vəsatətləri təmin edilməyib.
Zərərçəkən Zaur Əliyevin işin ibtidai istintaqa qaytarılması, müttəhimlərin əməllərinin daha ağır maddəyə tövsif olunmasına dair vəsatəti təmin olunmayıb. Zərərçəkənin keçmiş baş prokuror Zakir Qaralovun, onun 1-ci müavini olmuş Rüstəm Usubovun, MTN-in İstintaq İdarəsinin rəis müavini Təhsin Ağayevin, MTN əməkdaşı Mamay Quluzadənin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin məhkəmədə şahid qismində dindirilmələrinə dair vəsatətinə hüquqi qiymət verilməyib.
Zərərçəkən Əfsəl Həsənəliyevin Mövlam Şıxəliyevə məxsus olan, Xaçmaz rayonunda yerləşən "Çobanbulaq” İstirahət Mərkəzinin də müsadirə olunması üçün üzərinə həbs qoyulamasına dair vəsatəti də təmin olunmayıb.
Məhkəmənin hazırlıq iclasında Əfsəl Həsənəliyev vəsatəti təqdim edərkən bildirib ki, ibtidai istintaq zamanı həmin istirahət mərkəzinin üzərinə həbs qoyulub. Sonradan isə yüksək vəzifəli dövlət məmurunun tələbi ilə əmlakın üzərindən həbs götürülüb və xüsusi müsadirə siyahısından çıxarılıb.
Bundan başqa iş üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun həyat yoldaşı Yeganə Məmmədovanın iş üzrə hüquqi varis qismində tanınmasına dair vəsatəti də təmin olunmayıb. Hakim məhkəmənin Cahangir Məmmədovun qardaşı Arif Məmmədovu hüquqi varis kimi tanındığını qeyd edib.
Zərərçəkənlərin bir qisminin vəkili Osman Kazımovun xüsusi müsadirəyə götürülən Mövlam Şıxəliyevə məxsus əmlakların yenidən qismətləndirilməsi üçün ekspertizanın təyin olunması haqda vəsatəti də təmin olunmayıb.
Zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2,5 dəfə ucuz qiymət qoyulub. Öz təşəbbüsləri ilə alternativ ekspertiza da keçirilməsinə nail olublar. Həmin ekspertizanın gəldiyi qənaətlə ibtidai istintaq dövründə aparılan təqribi qiymətləndirmə arasında çox ciddi fərq var. Faktiki bazar qiyməti 250-300 min manat olan əmlak ibtidai istintaq dövründə 50 min manata qiymətləndirilib. Belə hesablama ilə cinayət işi üzrə mülki iddiaları təmin edilən zərərçəkənlərə Mövlam Şıxəliyev və dəstəsi tərəfindən vurulan ziyanın 20-30 faizi ödənilə bilər.