General Şahmar Paşayevdən Prezidentə şikayət: “Şəxsi biznesi ilə məşğul olur, göydələnlər tikdirir, bizi isə hədələyir”
Oktyabr 26
22:20
2021
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları rəisləri Şahmar Paşayevdən ölkə başçısına şikayət edib. Şikayətçilər Criminal.az saytına ünvanladıqları şikayət məktubunda əvvəllər də İlham Əliyevə müraciət etdiklərini, lakin bundan sonra kirayə və ezamiyyət pullarını vermək əvəzinə onlara hədə-qorxu edildiyini bildiriblər:
"Hərbi hissəyə çağirib xidmət rəisi, general mayor Şahmar Paşayev hədələyici tonda danışır. Deyirlər ki, mətbuata niyə deyirsiz? Mətbaut sizə pul verəndir? Bizə halal pulumuz vermirlər. Pulun ilin sonunda veriləcəyini vəd edirlər. Bizlər çətin vəziyyətdə kirayədə yaşayırıq. Mağazalarq çoxlu borcumuz var. Boğularaq övladlarımızın üzünə baxa bilmirik. Biz dərdimizi kimə deyək? Rəisimiz Şahmar Paşayevi aylarla görmürük. Çox zaman özünün şəxsi biznesi ilə məşğul olur, göydələnlər tikdirir. Olduqca çıxılmaz vəziyyətdəyik. Şahmar Paşayevin yanında alay komandiri polkovnik Xəlilli Məmməd, qərargah rəisi mayor Seyidəhməd Nurayev də bizi mətbuata şikayət ünvanladığımız üçün hədələyirlər. Hərbi hissədə bizləri toplayıb məlumatı paylaşanı müəyyən edəcəkləri və işdən çıxaracaqlar ilə hədələyirlər. "Biz onu tapıb sındıracağıq, xidmətdən qovacağıq” deyirlər. Polkovnik Mustafa Rəcəbov, kadrlar şöbəsinin rəisi Elxan Həmidov, polkovnik leytenant Çingiz Hüseynov xidmət rəisi kimi bizləri hədələyirlər”.
Şikayətçilər qeyd edib ki, onlara ildə iki dəfə geyim verilməlidir, amma xidmətin təhcizat şöbəsinin rəisi mayor Elyazov Rəşad formaları vermir: