General-mayor Raul Zeynalov məhkəmədə ifadə verdi: "Mənə “paçka”larla pul verib"
Dekabr 11
12:00
2025
Generalla kapitanı üz-üzə gətirən "şabalıd işi” üzrə məhkəmə araşdırması gərgin atmosferdə davam edir.
"Qafqazinfo”nun məlumatına görə, cinayət işində zərərçəkmiş qismində tanınan general-mayor Raul Zeynalov dünən Bakı Hərbi Məhkəməsində ifadə verib.
Diqqətçəkən məqam odur ki, kapitan Ayaz Bayramov tərəfindən təxminən 1 milyon manatının ələ keçirildiyini iddia edən generalı ən çox narahat edən məsələ mediada adının hallanmasıdır. Buna görə də o, ifadə verməzdən əvvəl əməkdaşımızın prosesdə iştirakına etiraz edib, əsassız arqumentlər irəli sürərək iclasın qapalı keçirilməsini istəyib. Müdafiə tərəfi isə prosesin qapalı keçirilməsi ilə razılaşmayıb.
Hətta təqsirləndirilən kapitan belə olacağı halda ifadə verməkdən imtina edəcəyini deyib: "Niyə qapalı proses istəyirlər? Oyunlarının üstü açılır ona görə?! Öz mənafelərini qoruyurlar. Günahkaramsa, hamı günahkar, təqsirkaramsa, hamı təqsirkar kimi tanısın. Əks halda, mən heç nə danışmayacağam”.
Hakim Zaur Hacıyev tərəfləri dinlədikdən sonra prosesin qapalı keçirilməsi üçün heç bir hüquqi əsas olmadığını elan edib. Bunun ardınca Raul Zeynalov ifadə vermək üçün kürsüyə çağırılıb.
General prokurorluğa etdiyi şikayətdə Ayaz Bayramovun onun 984 min manatını ələ keçirdiyini yazıb. Amma məhkəmədə məbləğlə bağlı ifadəsini dəyişib. Sonradan yadına salıb ki, Ayaz 984 min manatın 256 minini ona qaytarıbmış.
Ayaz Bayramov isə generalın yalan danışdığını, ondan aldığı pulları artıqlaması ilə qaytardığını söyləyib. Prosesin davamında hakim ifadə vermək üçün ona söz verib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Raul Zeynalov özü bizneslə məşğul olmaqda maraqlı olub. Daha əvvəl də qoyun alveri ilə məşğul olub. Dediyinə görə, bu barədə general özü ona danışıb. Bir ara Gürcüstandan qoyun gətirib satdıqlarını, lakin alveri alındıra bilmədiklərini deyib.
Qlobal.az
"Qafqazinfo”nun məlumatına görə, cinayət işində zərərçəkmiş qismində tanınan general-mayor Raul Zeynalov dünən Bakı Hərbi Məhkəməsində ifadə verib.
Diqqətçəkən məqam odur ki, kapitan Ayaz Bayramov tərəfindən təxminən 1 milyon manatının ələ keçirildiyini iddia edən generalı ən çox narahat edən məsələ mediada adının hallanmasıdır. Buna görə də o, ifadə verməzdən əvvəl əməkdaşımızın prosesdə iştirakına etiraz edib, əsassız arqumentlər irəli sürərək iclasın qapalı keçirilməsini istəyib. Müdafiə tərəfi isə prosesin qapalı keçirilməsi ilə razılaşmayıb.
Hətta təqsirləndirilən kapitan belə olacağı halda ifadə verməkdən imtina edəcəyini deyib: "Niyə qapalı proses istəyirlər? Oyunlarının üstü açılır ona görə?! Öz mənafelərini qoruyurlar. Günahkaramsa, hamı günahkar, təqsirkaramsa, hamı təqsirkar kimi tanısın. Əks halda, mən heç nə danışmayacağam”.
Hakim Zaur Hacıyev tərəfləri dinlədikdən sonra prosesin qapalı keçirilməsi üçün heç bir hüquqi əsas olmadığını elan edib. Bunun ardınca Raul Zeynalov ifadə vermək üçün kürsüyə çağırılıb.
General deyib ki, Ayazın təklifi onu şirnikləndirib. İşə başlaması üçün ilk dəfə 13 min, bir neçə gün sonra da 80 min manat verdim. Açığı əvvəllər dediyini elədi. Etiraf edirəm ki, mənə "paçka”larla pul verib. Hətta qohumlarıma da bu işdən danışdım, dedim gəlin, siz də qoşulun. Ələsgər Məhərrəmov var, əvvəllər vergidə işləyib. Söhbət zamanı dedim ki, şabalıd işinə baxırıq, monopolistik. Bundan sonra o da bu işə qoşulmaq üçün Ayaza 30 min dollar verdi. Ayazın dediyinə görə Bakıda şabalıd biznesinə hakim olmaq üçün 3 milyon, Gəncə bazarına da nəzarəti ələ almaq istəsə, əlavə 1 milyon 500 min manat lazım imiş.