General Həsən Şirinov istefaya göndərildi
							Mart 11
									
										19:48
										2016
									
								Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilib. 
Etibarlı mənbədən "AzPolitika”ya verilən məlumata görə, Həsən Şirinovun istefaya göndərilməsinin səbəbi yaş məhdudiyyəti ilə bağlı olub.
Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb.
1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib.
Qlobal.az
									
								
									
				
				
				
				
				
				

