General əsgərlərin siqaretini necə mənimsəyib? - Təfərrüat
İyul 16
21:49
2022
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən general-mayor Rəsulov Məsum Eynalı oğlu saxlanılaraq istintaqa cəlb edilib.
Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda general-mayorun ordu üçün ayrılmış siqaret məhsullarını öz şəxsi məqsədləri üçün sataraq əlavə gəlir əldə etməsi olub.
Mövzu ilə bağlı hərbi jurnalist Səxavət Məmməd Yenisabah-a geniş şərh verib. Hərbi jurnalist düşünür ki, bu əməliyyat yerində aparılıb və bu işdə əli olanlar ən ağır cəzaya layiqdir:
"Müharibə dönəmində həm mülki şəxslər əsgərlərə siqaret və digər təchizatla təmin etməyə çalışırdılar, həm də gömrükdə qanunsuz yolla ölkəyə gətirilərkən müsadirə edilmiş bütün siqaretlər orduya göndərilirdi. Mən o vaxt zabitlərdən birindən belə bir məlumat əldə etmişdim ki, müharibə vaxtı gömrükdən orduya göndərilən siqaretlərin həcmi çox böyük olsa da bura gəlib çatan siqaretlərin həcmi çox azdı. Bundan əlavə aydın olur ki, "Malbro" kimi bahalı siqaretlər satışa çıxarılıb onların yerinə daha ucuz siqaretlər orduya göndərilirmiş. Çoxumuza məlum məsələdir ki, müharibə vaxtı döyüş bölgələrində də belə hallar olurdu, əsgərə çatmalı olan məhsullar həcmindən az çatırdı və təbii ki, həmin zabitlər müharibədən sonra sərt cəzalandırıldı. Elə müharibədə zabitlər də təsdiq edirdilər ki, orduya əsas siqaret gömrükdən gəlir. İndi məlum olur ki, əslində hələ hamısı gəlib çatmırmış. O ki qaldı gömrükdən siqaretlərin orduya göndərilməsinə, rəsmi açıqlamada da göründüyü kimi bu rəsmi qərar formasında olmasa da qeyri-rəsmi olaraq dövlətin göstərişi vardı ki, sərhəddən qeyri-qanuni keçirilən siqaretlər orduya göndərilərək müharibədəki siqaret tələbatı qismən də olsa ödənsin. Hesab edirəm ki, bu adam ən ağır cəza almalıdır. Ümid edirəm ki, gömrükdəki siqaretlər deyil, digər əsgərlərə göndərilən təchizatın siyahısı çıxarılacaq və bir çox qurumlarda bu işlərlə məşğul olan bütün şəxslər tapılaraq istintaqa cəlb ediləcəkdir".
Ekspert deyib ki, icra hakimiyyətlərində də araşdırma aparmağa ehtiyac var:
Çünki, müharibədə bəzi könüllülər vardı ki, kimlərinsə tapşırığı ilə çox sayda generatorları məsul şəxlərə anbarlarda təqdim edirdilər, həta belə bir hal olmuşdu ki, müharibəyə göndərilmək üçün bir generator satıcısından alınan generatorların bir neçəsi müharibədən sonra daha ucuz qiymətə özünə təklif edilmişdi. Ona görə də dediyim kimi, araşdırılma başlayıbsa bu tip məsələlər də araşdırılmaya alınmalı və günahkarlar kim olursa olsun istintaqa cəlb edilməlidir.”