General 100 minlik rüşvət xəbərindən danışdı
Avqust 21
14:10
2020
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayev işdən çıxarılmasının səbəbi ilə bağlı yazılanlara münasibət bildirib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən N.Mustafayevin yazılanların həqiqətə uyğun olmadığını bildirib:
"Ədliyyə Nazirliyinə də müraciət edə bilərsiniz. Yazılanlar doğru deyil. Hər kəsdən xahiş edirəm ki, dedi-qoduya uymasınlar. Əgər məsələ deyildiyi kimi olsaydı, rəsmi münasibət bildirilərdi".
Xatırladaq ki, generalın işdən çıxarılmasına 100 min manat rüşvət almasının səbəb olduğu haqda iddialar yayılıb.