SON XƏBƏR

GƏNCƏNİN MERO RƏİSİ RAMİZ ZEYNALOVUN YERİNƏ GÖZ DİKİB

Yanvar 30
12:57 2018
Şəhərimizdə gözəl villalar, imarətlər görəndə "sağlıqla işlədəsiniz" deyirik. Amma burda bir incə məqam var. Bu cah-cəlal, bu zənginlik alın təri, zəhmət hesabına qazanılıb, yoxsa narkotik alveri, rüşvət, korrupsiya, qadın alveri, uşaq alveri, ciyər, ürək və s. alveri hesabına əldə olunub? Bəlkə qaçqınlara ayrılan humanitar yardımların hesabına başa gəlib bu saraylar?
 
Bizdə isə 5 ildir məmurların gəlirləri ilə bağlı qanun qəbul edilib, amma nəinki iri, heç xırda məmurlardan da hesabat tələb edən yoxdur. Hesabat olmayan yerdə isə halallıqdan, ədalətdən, inkişafdan danışmaq mənasızdır. Bəli 5-10, lap 100, hətta 1000 nəfər əla dolana, cənnət əhli kimi yaşaya bilər, ancaq bu 5-10, hətta 1000 nəfər millət demək deyil. 5-10 nəfər Tariyel deməkdir...tariyellər isə xalq demək deyil. Axı Tariyeldən soruşan yoxdur ki, sən dövlət məmurusan, polis sistemində çalışırsan, dövlətdən bəlli-konkret maaş alırsan...bəs bu boyda imarətlər, villalar, mülklər, xarici maşınlar səndə haradandır? Axı miqyası milyonlarla ölçülən bu sərvətin bir mənbəyi olmalıdır. Axı dövlət məmurunun biznes fəaliyyəti ilə məşğul olması cinayətdir.
 

 
Tariyel Məmmədov həmən vəzifəyə təyin olunan gündən Gəncəbasar zonasının, daha dəqiq desək, Xanlar (indiki Göygöl), Samux, Daşkəsən, Naftalan rayonlarının sürücülərinin qara günləri başlayıb.Korrupsiyaya qarşı mübarizədən söhbət düşəndə Tariyel Məmmədov deyir ki, boş şeydir, bütün əmlakımı həyat yoldaşımın adına rəsmiləşdirmişəm. Elə bilir ki, bununla özünü hər şeydən sığortalayıb. Bu adam hələ də başa düşmür ki, xırda bir araşdırma nəticəsində bir xanımın adına bu boyda əmlakın olmasının cinayət olduğunu aidiyyəti orqanlar asanlıqla sübut edə bilər.Vaxtilə yazdığımız kimi, indiki vəzifəsinə keçmək üçün
Tariyel Məmmədovun 750 min dollar rüşvət verdiyi barədə özünün dediklərini Gəncəbasar bölgəsində hər kəs bilir. Bunu Tariyel Məmmədov açıq şəkildə hər yerdə deyir.
 
Vəzifəyə gəldiyi ilk aylar hər bir sürücülük vəsiqəsinə görə 800 AZN tələb edən Tariyel Məmmədov bu pulun 650 manatının guya yuxarı çatacağını, qalan 150 AZN isə dədə malı kimi kollektiv arasında bölünəcəyini elan etmişdi. Və Tariyel Məmmədovun qoyduğu qaydaya görə kar, kor pulunu verib sürücülük vəsiqəsi ala bilər, ancaq heç bir vətəndaş öz biliyi ilə sürücülük vəsiqəsi ala bilməz.Tariyel Məmmədov öz işçilərinə hər cür vasitə ilə vətəndaşları imtahandan kəsməyi tapşırıb, əks halda isə səxsi heyət öz cibindən "katyol”a pul ödəməlidir. Bu qayda ilə Tariyel Məmmədov "MERO”-nun tarixində yeni eranın əsasını qoyub. Ölkə prezidentinin dövlət məmurlarına qayğısı, dövlətdən aldığı yüksək maaş isə Tariyel Məmmədovu qane etmir. Hətta vətəndaşlar narazılıqları bildirəndə, o, vətəndaşları otağından qovaraq deyir ki, "istəyirsiniz gedin prezidentə şikayət edin, mənim üçün fərqi yoxdur, yığılan pulları mən Baş İdarəyə verirəm”
Tariyel Məmmədovun həyat yoldaşının adına sənədləşdirdiyi müxtəlif əmlakın dəyərinin 30 milyon manat civarında olduğu söylənilir.
 
Həmçinin onu da qeyd etmişdik ki, Tariyel Məmmədov bir çox yerlərdə söyləyib ki, yaxın zamanlarda BDYPİ-nin rəisi Ramiz Zeynalovun yerinə özü təyin olunacaq. Mənbənin bildirdiyinə görə Tariyel Məmmədovun sevimli bir şüarı var: "Kim deyir bu ölkədə haqq ədalət yoxdur, haqqını ver ədalətini al”. Yəni ədaləti, haqqı ancaq pulla almaq olar...
 
Məsələn, aidiyyəti qurumlar Tariyel Məmmədovdan niyə soruşmurlar ki, bu milyonları hansı yollarla əldə etmisən, idarə etdiyin 150.000 dollar qiymətində olan Mercedess CL markalı CİP, oğlunun idarə etdiyi 100.000 dollar qiymətində olan Lexsus CS 350 markalı avtomobil, "Torqovı” küçəsində yerləşən "ADİDAS " dükanının üstündə 10.000.000 manatlıq mənzil, İSR-PLAZA ilə üzbəüz yerləşən binada 1.250.000 manatlıq mənzil, Fəvvarələr meydanında yerləşən 2.000. 000 manat qiymətində olan "Ciko” adlanan geyim mağazası, "Axundov bağı”nın ətrafında yerləşən binada 600.000 manatlıq mənzil, "İçərişəhər” metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil, Bayılda 20.000 000 manat qiymətində olan Hotel (Panorama), arxasında 5.000.000 manat qiymətində olan villa hansı pullarla alınıb? Qeyd edək ki, Tariyel Məmmədovun sahibi olduğu, foto, videogörüntülərini sizə təqdim etdiyimiz və təxmini hesablamalara görə 20 milyon manat dəyəri olan 4 ulduzlu, klassik üslublu, şəhərin mərkəzinə yaxın yerləşən EAST LEGEND PANORAMA HOTEL 2006-cı ildə inşa edilib.
 
Etibarlı mənbə bildirir ki, bütün bunlarla kifayətlənməyən "MERO” rəisi əmlakının sayını artırmaqda davam edir. Hazırda Tariyel Məmmədov Gəncədə boyuk bir imarət tikdirərək öz imperiyasını daha da genişləndirir.Deyilənə görə Tariyel Məmmədov qarşısına məgsəd goyub ki, tikdirdiyi həmin bu növbəti dəbdəbəli imarəti Göygöl rayonunun ərazisində yerləşən prezident iqamətgahından böyük olacaq.Mətbuatda Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada məskunlaşıb ölkəmiz əleyhinə təbliğat aparan Elşad Abdullayevin əmlakının siyahısı dərc olunmuşdu. Adam dəhşətə gəlir ki, axı, adi bir rektorun bu boyda əmlakı ola biməz.Bu heç bir iqtisadi qanunlara da sığımır. Dünyanın heç bir yerində az bir vaxtda bu boyda varlanma ola bilməz. Deməli, bütün bunların arxasında dəhşətli korrupsiya, rüşvət var. Taryiyel Məmmədovun da əmlakının siyahısı adamı dəhşətə gətirir. Bəlkə də bir müddətdən sonra Tariyel Məmmədov da Elşad Abdullayevin yolunu tutacaq. Çünki böyük kapital siyasi iştahanı açır.
 
Bir şəxsin əlində az qala 1 milyarda yaxın əmlakın cəmləşməsi ciddi siqnaldır. Həm də nəzərə almaq lazımdır ki, Tariyel Məmmədovun böyük siyasətə qatılması ilə bağlı xəbərlər gəlir. Ən pisi odur ki, əlində bu boyda kapital olan şəxs xarici qüvvələrin əlində oyuncağa çevrilsin. Bax, bu məqsədlə dövlət qurumları Tariyel Məmmədovun əməllərini ciddi araşdırmalı və cəmiyyətə məlumat verməlidirlər. Yoxsa, sonra gec ola bilər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook