SON XƏBƏR

Gəncədə özünü general kimi təqdim edən serjanta hökm oxunub

Sentyabr 10
15:42 2022
Azərbaycanda 20-yə yaxın vətəndaşdan külli miqdarda pul alaraq, onları Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrə düzəldəcəyini vəd verən polis serjantına hökm oxunub.

Gəncə şəhəri, Nizami rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, polis serjantı vəzifəsində işləmiş Tacəddin adlı şəxsə qarşı qaldırılan cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məlum olub ki, polis serjantı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan şəxsin cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, eləcə də cinayət işinə xitam verilməsi ilə bağlı təsir etmək imkanına malik olduğuna inandırıb, 13 min pulunu alıb.

O, qohumuna da geniş əlaqələrinin olmasını və bu əlaqələrindən istifadə edərək onu Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu vəd verərək, 2021-ci ilin fevral ayında Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının yaxınlığına 6500 manat pul alıb.

Bundan başqa o, daha bir nəfərdən daxili işlər orqanlarına müvafiq vəzifəyə düzəldəcəyi vədini verərək, 2021-ci ilin aprel ayının əvvələrində 7800 manat pul alıb.

Təqsirləndirilən şəxs Mikayıl Salmanovdan DİN-də müvafiq vəzifəyə təyin ediləcəyi vədi ilə 2021-ci ilin iyul ayının əvvəllərində 10 000, Abbasqulu Salmanovdan Daxili İşlər Nazirliyinin Gəncə Regional Mühafizə Polisi İdarəsinə vəzifəyə təyin ediləcəyi adı ilə 4000 manat, Ülvi Aslanovdan daxili işlər orqanlarına müvafiq vəzifəyə təyin ediləcəyi adı ilə 8000 manat pul alıb.

O, həmçinin daha bir nəfərdən 3 min manat almaqla Gəncə şəhər Nizami rayon Polis İdarəsinin post-patrul xidmətinə müvafiq vəzifəyə təyin ediləcəyini deyib. Polis serjantı bundan başqa əminlik və inam yaratmaq üçün aldatdığı bir neçə nəfərə özünü "Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi", "general" kimi təqdim edib. Həmçinin bir neçə nəfərə də zəng edərək guya DİN-nin Xüsusi Təyinat Bölüyünə işə düzəlməyinə köməklik edəcəyinə dair söz verib.

Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları müvafiq qaydada sübuta yetirilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Qərara əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
Mənbə: Qaynarinfo.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook