Gəncədə VIII Atatürk konqresi öz işinə başladı (FOTO)
Oktyabr 13
18:07
2015
Bu gün Gəncədə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konqresi öz işinə başlayıb.
Oktyabr ayının 13-dən 16-dək davam edəcək konqresin açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, multikulturalizm və dini tolerantlıq üzrə dövlət müşaviri, akademik Kamal Abdulla, A.A.Axundov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs, Türkiyə, Azərbaycan, Şimali Qafqaz, Bolqarıstan, Gürcüstan, Hindistan, Özbəkistan, Qazaxıstan, İtaliya, Ukrayna, Dağıstan və Serbiyanın nüfuzlu alimləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, hörmət və ehtiram əlaməti olaraq önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib. Sonra Türkiyənin Ankara şəhərində törədilmiş terror aktında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla oxuyub.
AA.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov konqresi açaraq, tədbirin Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirəsinə həsr olunduğunu bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandıraraq, konqresin işinə uğurlar arzulayıb.
Tədbirdə həmçinin Türkiyə baş nazirinin köməkçisi Yıldırım Tuğrul Türkeşin təbrik məktubu da oxunub.
Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs ,Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık, AMEA-nın elmi katibi Nərgiz Axundova Atatürk və türk mədəniyyət coğrafiyasında Qafqaz, həmçinin Azərbaycanda mədəni-siyasi və iqtisadi inkişafın elmi əsasları mövzularında çıxışlar ediblər.
AA.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhana fəxri doktor diplomunu və Azərbaycan xalçaçılıq mədəniyyətinin nadir nümunəsini təntənəli şəkildə təqdim edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev Kamal Abdullaya, Mehmet Ali Beyhana, Yaqub Mahmudova və Derya Örsa qədim Gəncənin simvolu olan Nizaminin nəfis tərtibatda hazırlanmış "Xəmsə”sini, möhtəşəm Heydər Əliyev Mərkəzinə həsr edilmiş kitabı hədiyyə edib.
Qeyd edək ki, üç günlük konqres çərçivəsində 93 elmi məruzə dinləniləcək ki, bunun 25-i Azərbaycan tarixçilərinə aiddir.

Konqres iştirakçılarının Prezident cənab İlham Əliyevə Müraciəti oxunub.
Trend İA