Gəncədə evakuator iki maşını birdən aparıb
Oktyabr 14
23:17
2016
Gəncədə iki "Oka” markalı avtomobili evakuatorun yedəyinə alan sürücü təhlükəsizlik qaydasına əməl etməyərək hərəkət edib.
Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun bildirib ki, evakuator sürücüsü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini kobud pozub.
Ekspertin sözlərinə görə, bu qayda pozuntusuna görə evakuator sürücüsü 40 manat cərimə oluna bilər.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev də yük daşınarkən onun çəkisinə, ölçüsünə, yəni parametrlərinə diqqət edilməli olduğunu qeyd edib.
Şöbə rəisi, əgər avtomobil yedəyə möhkəm bərkidilibsə və yandan 40 sm, hündürlüyü 4 metr və arxa tərəfdən 1 metri keçmirsə daşınmanın qaydalara uyğun olduğunu deyib.(Xezerxeber)
Qlobal.az