Gəncədə ətraf rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi
Avqust 22
17:01
2016
Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə Gəncədə ətraf rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, müşavirədə sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb.
Nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yaxşılaşdırılması, işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.
Eyni zamanda, nazir qarşıya çıxan problemlərin vaxtında həll olunması, xidmət mədəniyyətinin lazımi səviyyəyə çatdırılması, vətəndaş şikayətlərinə operativ cavab verilməsi üçün müvafiq göstərişlər də verib.
Qlobal.az



