Gəncədə 37 saylı məktəbdə valideynlərdən məcburi pul yığılır? - Açıqlama

Mart 06
01:23
2025
Gəncə şəhər 37 saylı məktəbdə valideynlərdən məcburi pul yığılır.
Bu barədə qlobal.az-ın elektron poçtuna göndərilən məktubda deyilir:
"Sizə Gəncə şəhər 37 nömrəli məktəbin valideyni olaraq yazıram. Mən günlüyə işləyən 3 uşaq atasıyam. Valideyn komitəsi ilə sinif rəhbərləri birləşib 8 mart üçün pul tələb edirlər. Çoxumuz kasıb insanlarıq və məktəb təmirə dayandığı üçün hər ay yola görə pul yığıldığına görə buna maddi imkanımız çatmır. Valideyn komitəsi, məktəbin direktor və zavuçları qadın olduğu üçün pul tələb edirlər. Onların da bayramı mütləq təbrik olunmalıdır deyirlər. Amma 8 marta pul verməsək övladımızı gözüm-çıxdıya salır müəllimlər. Xahiş edirəm məsələni ictimailəşdirın ki, bizə aidiyyatı qurumlar kömək etsin".
Məsələ ilə bağlı Daşkəsən-Gəncə Regional Təhsil idarəsindən mövqe öyrəndik.

Məktəb direktoru Zinyət Süleymanova iddiaların həqiqəti əks etdirmədiyini bildirdi: "Gəncə şəhər 37 nömrəli məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərdən pul yığılması iddiasını əks etdirən məktubla bağlı aşağıdakıları bildiririk: Məktəb rəhbərliyi olaraq dəfələrlə valideynlərlə görüşlər keçirmişik və bu görüşlər rəsmi protokollar əsasında sənədləşdirilmişdir. Həmçinin, məktəbin rəsmi WhatsApp qruplarında da bu məsələ ilə bağlı məlumatlar paylaşılmış və valideynlərdən hər hansı məcburi pul yığımı aparılmaması vurğulanmışdır. Məktəb rəhbərliyi heç bir halda valideynlərdən pul yığılmasına razılıq vermir və bu cür halların qarşısını baş verməməsinə daim nəzarət edir. Müəllimlərimizin və məktəb kollektivinin fəaliyyətində şagirdlərin sosial vəziyyətinə fərq qoyulması və ya onlara mənfi münasibət göstərilməsi mümkün deyil və bu cür iddialar həqiqəti əks etdirmir. Əgər hər hansı valideyn belə bir hallarla qarşılaşarsa, məktəb rəhbərliyinə rəsmi qaydada müraciət etməsi tövsiyə olunur. Bizim qapımız hər zaman açıqdır və bütün valideynlərin fikirlərinə diqqətlə yanaşırıq".
Cahandar Laçınlı
Qlobal.az