SON XƏBƏR

Gəncə şəhərinin tarixinə dair sənədlər əldə edilib

Fevral 14
18:38 2016
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin Türkiyəyə ezam olunan əməkdaşları tərəfindən arxiv və kitabxanalardan Gəncə şəhərinin, o cümlədən Qafqazın tarixinə aid çoxlu sayda əlyazma, miniatür və kitabların surəti ölkəmizə gətirilib.
 
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Türkiyənin bir neçə arxiv və kitabxanasında aparılan araşdırmalardan sonra Başbakanlık Osmanlı Dövlət Arxivindən Gəncə şəhərinin hərbi-siyasi və iqtisadi tarixinə aid 181 arxiv sənədi toplanaraq akademiyaya təhvil verilib. Eyni zamanda, əsli Fransa Milli Kitabxanasında saxlanılan, Nizami Gəncəvinin əsərlərinin 1365-ci ilə aid 649 əlyazması və "Xəmsə”yə həsr edilmiş 25 miniatürün surəti İstanbulun Süleymaniyyə Kitabxanasından akademiyaya gətirilib.
 
Qeyd edək ki, hazırda akademiyaya daxil olan arxiv materiallarının üzərində elmi tədqiqat işləri aparılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook