Gəncə şəhərinin Kəpəz və Nizami rayonları ləğv edilib
Mart 04
15:40
2022
Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair qanun qəbul edib.
Parlament "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsini bu gün müzakirəyə çıxarıb.
Sənədə görə, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv edilir, inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.
Gəncə şəhərinin Kəpəz və Nizami rayonları 21 noyabr 1980-ci ildə yaradılmışdı.



