SON XƏBƏR

Gənc xanımla görüşə gəlmişdi - 13-cü mərtəbədən

Dekabr 30
11:24 2022
Xəbər verdiyimiz kimi, dekabrın 28-də gecə saatlarında Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü kişi hündürmərtəbəli binadan yıxılaraq ölüb.

"Qafqazinfo”nun məlumatına görə, İctimai TV hadisənin tərərrüatını araşdırıb.

Məlum olub ki, həmin şəxs 13-cü mərtəbədən yıxılmayıb, özünü tullayıb.

Belə ki, gəldiyi mənzilin sahibləri tərəfindən evdə tutulan şəxs çıxış yolunu özünü binadan atmaqda görüb. Qonşular ölən şəxsin həmin binada yaşamadığını deyib. Məlumata görə, həmin şəxs binadakı mənzillərdən birinə qonaq gəlib. Bu zaman evin xanımı tək olub. Bilinməyən səbəbdən də evdə quraşdırılan təhlükəsizlik kameraları söndürülüb. Sözügedən evin sahibi isə ölkədə olmayıb.

Bu zaman ər təhlükəsizlik kameralarının işləmədiyi görüb narahat olub. Buna görə də qayınlarına zəng edib. Qardaşların evə gəldiyi zaman bacılarının xəbəri olmayıb. Qapı döyülsə də, qadın qapını açmayıb. Qapıdan çıxış olmadığını görən qonaq, özünü eyvandan aşağı atıb. O, tikinti materiallarının üzərinə düşərək ölüb.

Onun mənzilə hansı səbəbdən gəldiyi isə istintaq tərəfindən araşdırılacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook