SON XƏBƏR

"Gəlin birlikdə firavan gələcəyə sahib olaq” - Netanyahu İran xalqına müraciət edib

Oktyabr 01
12:03 2024
"Mən İran liderləri haqqında çox danışıram. Amma indi Sizə, İran xalqına müraciət etmək istəyirəm. Mən bunu birbaşa, vasitəçisiz etmək istəyirəm. Hər gün səni özünə tabe edən, Livanın, Qəzzanın müdafiəsi ilə bağlı ehtiraslı çıxışlar edən bir rejim görürsən. Lakin bu rejim bölgəmizi hər gün qaranlığa və daha dərin müharibəyə sürükləyir. Yaxın Şərqdə İsrailin çata bilməyəcəyi bir yer yoxdur. Dünyada ölkəmizi və xalqımızı qorumaq üçün gedə bilməyəcəyimiz yer yoxdur".

"AzPolitika" xəbər verir ki, bunları İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına müraciətində deyib.

O, iranlıların öz ölkələrindəki rejimə görə azad olmadıqlarını, İran hökumətinin xalqı vecinə almadığını iddia edib:"Rejim Sizi, alicənab insanları hər an uçuruma yaxınlaşdırır. İranlıların böyük əksəriyyəti bilir ki, rejim onları heç maraqlandırmır. Əgər maraqlandırsaydı Yaxın Şərqdə məğlub edə bilməyəcəkləri müharibələrə milyardlarla dollar xərcləməyi dayandırardı".

Netanyahu İsrailin İran xalqının yanında olduğu mesajını verib.
"Mən bilirəm ki, Siz təcavüzkar və qatil təşkilatlar olan HƏMAS və Hizbullahı dəstəkləmirsiniz, amma liderləriniz dəstəkləyir. Siz daha yaxşısına layiqsiniz. İran xalqı bilməlidir ki, İsrail sizinlədir. Gəlin birlikdə firavan gələcəyə sahib olaq”, -deyə o, əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook