SON XƏBƏR

Gələn il üçün ehtiyac meyarının məbləği məlum oldu

Noyabr 29
12:58 2019
Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub. 

Qlobal.az-ın APA-ya istinadən məlumatına görə, bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook