SON XƏBƏR

Gələn il sinxron tərcümə edə bilən qulaqlıqlar satışa çıxarılacaq

Noyabr 24
00:32 2018
Çinin "Timekettle” startapı sinxron tərcümə funksiyasına malik "WT2” adlı simsiz qulaqlıqları kütləvi istehsala çıxarmağa hazırlaşır. Qulaqlıqların qiyməti təxminən 220 dollar təşkil edir.

Qulaqlıqlar görünüşcə "AirPods”a oxşardır. İstifadəçi əcnəbi şəxslə danışmazdan öncə qulaqlığın birini öz qulağına taxmalı, digərini isə həmsöhbət öz qulağına taxmalıdır. Məlumata görə, yanvarda təqdim ediləcək ilk partiyadan qurğu satın almaq üçün artıq indidən onu ilkin sifariş etmək lazımdır.
 
Qulaqlıqlar ünsiyyəti 3 rejimdə dəstəkləyir:

avtomatik – real vaxt rejimində söhbəti tərcümə edir (sakit yerdə ünsiyyət üçün uyğundur);

əl rejimi – hər bir replikadan öncə cümlənin başlanğıcını göstərmək üçün cihaza toxunmaq lazım olacaq (səs-küylü vəziyyətdə ünsiyyət üçün uyğun gəlir);

sual rejimi – yolu öyrənmək, məhsulun qiymətini soruşmaq üçün istifadə edilir (əcnəbilərlə küçədə ünsiyyət üçün əlverişlidir). (Azərtac)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook