“Gelandewagen”də klip çəkdirən polis rəisi DİN-dən qovuldu? FOTO,VİDEO
Oktyabr 14
23:00
2016
Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsindən Nadir Məmmədovun vəzifəsindən azad olunduğu bildirilir
Bu yaxınlarda Qafqaznews.az saytında "Azərbaycan Dəmir Yolları” QSC-nin Qaradağ Dəmiryolu Stansiyasının rəisi Məhərrəm Məmmədov və onun Bakı Yük Stansiyasında polis məntəqəsinin rəisi olan oğlu Nadir Məmmədov barəsində bir neçə yazı dərc olunmuşdu.
Həmin yazılarda Nadir Məmmədovun "Instagram” profilindən götürülmüş videoçarxlardan söz açılırdı. Həmin videoçarxlarda Nadir Məmmədova məxsus "Gelandewagen” markalı avtomobilə aid görüntülər və hətta bu maşının nömrəsi (10 -RC-007) hallandırılan rep parçasına da rast gəlinirdi.
Həmçinin, redaksiyamıza daxil olan məlumata görə, məntəqə ərazisində "Kölgəsiz adam” adlanan filmin çəkilişləri aparılmış, bu çəkilişlərdə sözügedən avtomobil də istifadə olunmuşdu. Rejissor Amil Adiloğlu, eləcə də Nadir Məmmədov və onun atası Məhərrəm Məmmədov bu və digər məlumatları təsdiqləmişdilər.
Sentyabrın 13-də isə Qafqaznews.az-ın redaksiyasına başqa maraqlı məlumatlar daxil oldu. Əvvəlcə bildirək ki, redaksiyamıza daxil olan məlumata görə, artıq Bakı Yük Stansiyasının Polis Məntəqəsində xidməti yoxlamalar başlayıb və Nadir Məmmədovun polis vəsiqəsi əlindən alınaraq, bir müddətlik vəzifəsindən kənarlaşdırılıb. Redaksiyamıza daxil olan məlumatlarda DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Penitensiar Xidmətə rəhbərlik edən general-mayor Ceyhun Həsənovun, eyni zamanda polis çevrələrində ona yaxınlığı ilə tanınan, hətta Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, hazırda isə Kürdəxanı İstintaq Təcridxanasında rəis müavini olan Yaşar Məhərrəmovun da adı hallanır. Vaxtilə Məhərrəm Məmmədovla dost olduğu deyilən, sonra Ceyhun Həsənovla yaxınlaşaraq, nəqliyyat polisində irəliləyən, hazırda isə Kürdəxanı İstintaq Təcridxanasında rəis müavini olan Y.Məhərrəmovun oğlunun Nadirlə dost olduğu, hətta videoçarxlarda onunla birgə çəkildiyi məlumatda qeyd olunurdu. Yaşar Məhərrəmovun özü isə bunu Qafqaznews.az-a təkzib etmiş, oğlunun 13 yaşında olduğunu bildirmişdi.
Oktyabrın 14-də Qafqaz Xəbər Agentliyinə DİN-in Nəqliyyatda Baş Polis İdarəsindəki etibarlı mənbə tərəfindən bir məlumat daxil oldu. Məlumatda bildirilir ki, Bakı Yük Stansiyası Polis Məntəqəsinin rəisi Nadir Məhərrəm oğlu Məmmədov təxminən bir aya qədər sürən xidməti yoxlamalardan sonra, birdəfəlik daxili işlər orqanlarından xaric olunub.
Biz məlumatı dəqiqləşdirmək üçün DİN-in mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə ilə əlaqə saxladıq.
"Mən bu barədə heç nə deyə bilmərəm, elə bir məlumata malik deyiləm. Siz DİN-in Nəqliyyatda Baş Polis İdarəsindən də bunu soruşa bilərsiniz. Hər halda sizdə elə bir informasiya varsa, dərc edə bilərsiniz. Lazım gəlsə, biz də münasibət bildirərik”.
O.Mansurzadənin tövsiyəsini nəzərə alaraq, Nəqliyyatda Baş Polis İdarəsi ilə əlaqə saxladıq. Sözügedən idarədə Qafqaznews.az əməkdaşını Kadrlar şöbəsindən Ramil müəllimlə (təəssüf ki, Ramil müəllim bizə öz soyadını bildirmədi – red.) əlaqələndirdilər.
"Ramil müəllim, Bakı Yük Stansiyası Polis Məntəqəsinin rəisi Nadir Məmmədov hazırda vəzifəsindədirmi?”, – deyə soruşduq. "Yox, azad olunub”, – deyə DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin əməkdaşı bildirdi. "Azad olunub? Yəni, daxili işlər orqanlarından xaric olunub?” – deyə dəqiqləşdirmək istədik."Qardaş, mən bu barədə sizə məlumat verə bilmərəm”, – deyə Ramil müəllim tərəddüd etdi. "Ramil müəllim, Nadir Məmmədovun nə vaxt azad olunduğunu deyə bilərsiz?” – deyə maraqlandıq. "Qardaş, sağ ol”, – deyə şöbə əməkdaşı dəstəyi asdı. Oxuculara xatırladaq ki, oktyabrın 4-də Qafqaznews.az-da dərc olunan ""Azərbaycan Dəmir Yolları”nda çek saxtakarlığı ört-bastır olunub?” başlıqlı yazıda, Nadir Məmmədovun atası Məhərrəm Məmmədovla bağlı diqqətçəkən məlumatlar əksini tapıb.
"Məhərrəm Məmmədov məni sıxışdırırdı, iş prosesindən kənarda tuturdu və elə edirdi ki, ordan çıxıb gedim. Mən 14 il dəmiryolçu təcrübəsi olan adamam, Xarkovda oxumuşam… Haqsızlıqla barışa bilmirdim. Şübhəli məqamlar çox idi. Araşdırdım və sonda müəyyən etdim ki, onlar stansiyadan yük boşaldan və xidmətlərimizdən istifadə edən sahibkarları, ələlxüsus da dövləti aldadırlar.

Onun rəisi olduğu Qaradağ Dəmiryolu Stansiyasında 2011-2014-cü illərdə xəzinədar işlədiyini deyən Y.Nabatəliyev Qafqaznews.az-a bildirib ki, 2 il əvvəl Məhərrəm Məmmədovun və onun Elmira xanım adlı müavinin ciddi saxtakarlıq və korrupsiya əməllərini ifşa edib.
"Məhərrəm Məmmədov məni sıxışdırırdı, iş prosesindən kənarda tuturdu və elə edirdi ki, ordan çıxıb gedim. Mən 14 il dəmiryolçu təcrübəsi olan adamam, Xarkovda oxumuşam… Haqsızlıqla barışa bilmirdim. Şübhəli məqamlar çox idi. Araşdırdım və sonda müəyyən etdim ki, onlar stansiyadan yük boşaldan və xidmətlərimizdən istifadə edən sahibkarları, ələlxüsus da dövləti aldadırlar.
Yük boşaldan sahibkara deyilirdi ki, 1500 manat verməlisən… Amma elə bir mexanizm qurmuşdular ki, üst çekdə 1500 manat yazılırdı, dövlət hesabatlarına düşən çeklərdə isə 300 manat. Beləcə, 1200 manat gedirdi Məhərrəm Məmmədovun cibinə. Bu halları aşkarlayanda mənə maneələr törətdilər.. Korrupsiyanı ifşa etdim deyə, məni "statya” ilə qovdular, karyeramı məhv etdilər”.
(Mənbə: Teref.info)
Qlobal.az