Oktay Kaynarca da saxlanıldıTürkiyəli məşhur aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məşhurları hədəf alan istintaq çərçivəsində saxlanılıb.
Qlobal.az xəbər verir ki, aktyor və müğənni ifadələrinin alınması üçün ..
Azərbaycanda bu universitetdə yoxlamalar aparıldı (RƏSMİ)Azərbaycan Memarlıq və İnşaat Universitetində audit həyata keçirilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Hesablama Palatasından məlumat verilib.
Qurumdan bildirilib ki, audit Azərbayc..
İran Prezidenti etirazçıların nümayəndələri ilə görüşdüİran hakimiyyəti ölkədəki etirazların olması faktını qəbul və nümayişçilərlə dialoqa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərin..
BMT-nin Baş katibi İran hakimiyyətinə çağırış edibBMT-nin Baş katibi Antonio Quterreş İran hakimiyyətini maksimum təmkinlilik göstərməyə və zərurətdən artıq güc tətbiqindən çəkinməyə çağırıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş k..
ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcəkVaşinqton administrasiyası ABŞ hakimiyyətinin icazəsi olmadan Venesueladan çıxan bütün tankerləri ələ keçirməyə davam edəcək.
"Report"un məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Liv..
Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcəkAzərbaycan "Avroviziya 2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.
Qlobal.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında püşkatamaya əsasən siyahı dərc olunub.
..
Gədəbəyin icra hakimiyyətinin vəzifəli şəxsi qazini döyüb?- “Lexus”a minib, qaçdı…..-VİDEO
Gədəbəy rayon icra hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Nicad Əliyev Vətən müharibəsi iştirkaçısını döyüb?
Redaksiyamıza daxil olanaməlumata görə Gədəbəy rayon icra hakimiyyətinin rəsmisi Nicad Əliyev İdarə etdiyi 10 SD 884 dövlət nömrə nişanlı "Lexus” avtomobili ilə hadisə yerində qaçdığı deyilir. İddialara görə videogörüntülərdən danışan şəxs onun Vətən müharibəsi iştirakçısını döyüb xəsartə yetridiyi bildirilir.
Məlumatı dəqiqləşdirmək istəsəkdə Gədəbəy rayon icra hakimiyyətindən zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, 2022-ci ildən Gədəbəy rayon icra Hakimiyyəti başçısı Orxan Mürsəlovdur.
Həmçinin məlumat verir ki, son günlər ölkə mətbuatında Gədəbəy rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri barədə onların biznes idarə etmələri və digər qanunsuz əməlləri ilə silsilə yazılar dərc olunur.
Məsələ ilə bağlı araşıdrmamzı davam edir.
Yazıda adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.
Məsələ ilə bağlı əməkdaşımız Gədəbəy rayon icra hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Nicad Əliyevlə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, Gəncədə mənim evim var həmin küçəni təmir etdirmişəm,lakin o qonşular narazılıq yaradıb. Mən heç kəsi döyməmişəm məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır deyə qeyd edib.(xalq.online)
qlobal.az