"Gədəbəy Mineral Suları” MMC-nin 7.6 milyon manat vergi borcu var - FOTO

Fevral 13
11:09
2025
"Gədəbəy Mineral Suları” MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan "Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur.
32gun.az-ın əldə etdiyi məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 7.6 milyon manatdan çoxdur (7663266.39 AZN).
Qeyd edək ki, şirkətlə bağlı məlumatda "2004-cu ildə təsis edilmiş "Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən "Novlu” bulağın suyu "Gədəbəy” və "Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb” deyə bildirilib.
Qlobal.az