SON XƏBƏR

Gədəbəy İcra Hakimiyyətinin tenderi nəzarət orqanının qərarı ilə ləğv edildi

Yanvar 13
19:15 2025
Gədəbəy rayon İcra Hakimiyyətinin sifarişçi olduğu satınalma ləğv edilib. 
 
Qlobal.az xəbər verir ki, ləğv edilən satınalma "Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında və Gədəbəy Rayon Dövlət Arxivində təmir işləri" lotu üzrə olub. 
 
Satınalma Nəzarət Orqanının qərarı əsasında ləğv edilib. 
 
Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyətinin tender komissiyasının sədri Nizami Piriyevdir. N.Piriyev həm də Gədəbəy rayon İcra Hakimiyyətində sektor müdiri-baş mühasib vəzifəsində çalışır. 
 
Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. 
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook