Gecə klubundakı partlayışda adı keçən şirkət kimindir? - YENİ ADLAR
Aprel 05
11:21
2022
Xəbər verdiyimiz kimi, Bakıda "Location” gecə klubunda baş vermiş partlayışa görə üç nəfər həbs olunub. Bunlar iaşə obyektini icarəyə götürmüş "Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.
"Qafqazinfo”-nun məlumatına görə, hazırda 711 manat vergi borcu olan "Merser food”un əvvəllər qanuni təmsilçisi Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur.
Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.
Qlobal.az