SON XƏBƏR

GDU-da imtahan sualları gizli formada satışa çıxarılıb? - İDDİA

Fevral 01
03:45 2023
"Gəncə Dövlət Universitetinin kafedra müdiri imtahan suallarını tələbələrə gizli şəkildə rüşvət müqabilində satmaqla imtahan sessiyasını əsl bazara çevirib"
 
Bu barədə Qlobal.az-ın elektron poçtuna göndərilən məktubda deyilir.
 
Baş verənlərdən Universitet rəhbərliyinin xəbəri olsa da, heç bir tədbir görülmədiyi vurğulanır:
 
"Tələbələr GDU-nun kafedra müdiri Maqbet Əhmədovdan imtahanda onlar üçün həlledici sayılan 15 test sualını almaq üçün hər tələbədən 7 manat olmaqla pul toplayıblar. Qəribədir ki bu prosesi tam imtahan sessiyası başlayandan həmin kafedra müdiri ardıcıl şəkildə davam etdirir. Nə qədər utanverici olsa da yəqin M.Əhmədov "dama-dama göl olar" prinsipinə əməl etməklə bu çirkin əməlinə çəkinmədən davam etməkdədir. Universitet rəhbərliyi isə israrla susur və onun Kafedra müdirinin qanunsuz əmələri qarşılığında heç bir ölçü götürmür".
 
Məsələ ilə bağlı Gəncə Dövlət Universitetindən mövqe öyrənmək istəsək də, qarşı tərəf iddialara münasibət bildirmədi. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook