SON XƏBƏR

G7 sammitinə hazırlıqlar başlanıb

Mart 28
13:01 2016
Yaponiya hüquq-mühafizə orqanları əməkdaşlarının ilk qrupu Tokiodan G7 sammitinin keçiriləcəyi Mie prefekturasına göndərilib. Onlar həmin prefekturada keçiriləcək beynəlxalq tədbir zamanı təhlükəsizliyi təmin edəcəklər.
 
Tədbir ərəfəsində səlahiyyətləri genişləndirilən polis orqanları sammit zamanı mümkün terror aktları ilə bağlı məlumatların analizini də aparacaq. Yaponiyada G7 sammitinin mayın 26-27-də keçiriləcəyi gözlənilir.
 
"Böyük yeddiliyin” xarici işlər nazirlərinin görüşü isə aprelin 10-11-də Hiroşimada təşkil olunacaq.
 
Hazırda "böyük yeddiliyə” Yaponiya ilə yanaşı, Almaniya, ABŞ, Kanada, Fransa, Böyük Britaniya və İtaliya daxildir. (Azərtac)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook