G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək
Mart 11
02:47
2022
"Böyük Yeddilik” (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Ukraynaya hücumla əlaqədar yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.
ABŞ-ın paytaxtı Vaşinqtonda Atlantik Şurada çıxış edən nazir, hansı tədbirlərin müzakirə oluna biləcəyini dəqiqləşdirməyib. "Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik”, - nazir deyib.
Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Moskvaya qarşı məhdudiyyətlər Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır.