SON XƏBƏR

G7 ölkələrinin nazirləri internetdə informasiyanın azad hərəkətinin inkişafına və qorunmasına çağırıblar

May 01
12:29 2016
G7 ölkələrinin informasiya və rabitə nazirləri beynəlxalq sərhədləri aşan internet şəbəkəsində informasiyanın azad hərəkətinin inkişafına və qorunmasına çağırıblar.
 
Yaponiyanın qərbində yerləşən Takamatsu şəhərində bir araya gələn nazirlər aprelin 30-da başa çatan toplantıdan sonra birgə bəyanatla çıxış ediblər.
Sənəddə qeyd edilir ki, ölkələr internet şəbəkəsində informasiyanın transsərhəd axınının sərbəst hərəkətini təmin etmək üçün lazımi şərait yaratmalı və məlumatların təhlükəsizliyini təmin edərək, onları qeyri-qanuni müdaxilələrdən qorumalıdırlar.
 
Belə güman olunur ki, bəyanat Çin və Rusiya daxil olmaqla bir sıra ölkələrdə onlayn məhdudiyyətlərin tətbiqinə qarşı yönəlib.(AzərTAC)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook