Fövqəladə Hallar Nazirliyinə yeni avtomobil və avadanlıqlar alınıb

Mart 14
15:35
2025
Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq Naxçıvan
Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni avtomobil və avadanlıqlar
alınıb.
Bununla əlaqədar
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayında keçirilən təqdimat
mərasimində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri
general-mayor Şahin Mirzəyev iştirak edib.
Fövqəladə Hallar
Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə alınan 2024-cü
il istehsalı olan 5 ədəd "Hyundai” markalı, 12 ədəd "Lada” markalı və 6
ədəd "Jac” markalı müasir avtomobillər haqqında məlumat verilərək bildirilib
ki, müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal sistemlə
təsis olunub. Bu avtomobillər yüksək manevr imkanları və müasir təchizatı
ilə xidmətin operativ təşkilinə hərtərəfli şərait yaradacaq. Yeni avadanlıqlar
fövqəladə hallar zamanı vətəndaşların təhlükəsizliyinin daha yüksək səviyyədə
təmin olunmasına töhfə verəcək.
Həmçinin, təbii
fəlakətlər və digər fövqəladə hallar zamanı əhalinin təhlükəsiz şəraitdə
yerləşdirilməsini təmin etmək məqsədilə 500 ədəd 5 nəfərlik çadır, eləcə də
2000 ədəd çarpayı, 1600 ədəd oturacaq, 400 ədəd masa, hər birindən 2000 ədəd
olmaqla adyal, yastıq və dolabça da
alınıb.
Son illərdə ölkəmizdə
fövqəladə hallar orqanlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi,fövqəladə
halların qarşısının alınması,nəticələrinin minimuma endirilməsi və operativ
müdaxilənin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır.
Qlobal.az




















