SON XƏBƏR

Füzulidə tender ləğv olundu – Gizli sövdələşmə olub

Oktyabr 17
08:11 2023
"Füzuli rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, hər tender müsabiqəsinin nəticəsi "Dövlət satınalmalar haqqınada” Azərbaycan Respublikası Qanununun 11.2 maddəsinə əsasən etibarsız hesab olunub.

Qeyd edək ki, bu maddə tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmədən bəhs edir.

Araşdırma zamanı məlum olub ki, tenderdə iştirak edən "Gülay 2012″ MMC-nin və "Private Life” MMC eyni şəxsə məxsus olub.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook